"Qidaya, müxtəlif kimyəvi maddələrə və s. olan yüngül allergiya peyvəndin vurulması üçün əks göstəriş sayılmır".
RegionTV.info xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "report"a müsahibəsində deyib.
O bildirib ki, belə hallarda allergik proses söndükdən sonra vaksinasiya yerinə yetirilir:
"Əvvəllər hər hansı bir, o cümlədən koronavirusa qarşı vurulmuş 1-ci doza peyvəndə, vurulacaq peyvəndin hər hansı bir komponentinə ağır allergik reaksiya olduqda peyvənd vurulmur".
Xəbəri paylaş