Bir gündə 10 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb
Tarix: 20-08-2021, 10:13 Xəbərə baxış: 96
Avqustun 19-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 7 toy şənliyinin monitorinqini həyata keçirib.
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, monitorinqlər nəticəsində 10 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.