Goranboy rayonunda gənc qadın yanıq xəsarətləri alıb.
RegionTV.info-nun məlumatına görə, hadisə Goranboy rayon Qarasuçu kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü T.Bayramova yaşadığı evdə ehtiyatsızlıqdan qaynar suyun üzərinə tökülməsi səbəbindən yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. İkinci və üçüncü dərəcəli yanıq xəsarətləri alan qadının vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş