Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Daşkəsəndə 1 yaşlı körpə yanıq xəsarətləri alıb

Daşkəsən rayonunda 1 yaşlı körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

RegionTV.info-nun məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb. Gəncədən Daşkəsənə qonaq gələn ailənin 2020-ci il təvəllüdlü övladının (oğlan) üzərinə qaynar su tökülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də