Böyük Britaniya vətəndaşlarının təxliyyəsi üçün Əfqanıstanın paytaxtı Kabilə son təyyarə reysini gələn həftənin çərşənbə axşamı günü həyata keçirməyi planlaşdırır.
RegionTV.info xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Times” qəzeti bildirib.
Nəşri məlumatlandıran mənbələrdən biri qeyd edib ki, bu tarix rəsmən uyğunlaşdırılmayıb.
Bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, ötən həftənin bazar günündən Kabildən Böyük Britaniyaya reyslə 1,2 min nəfər gətirilib. Britaniyanın Əfqanıstandakı səfiri isə deyib ki, krallıq öz vətəndaşlarının və bu hüquqa malik olan əfqanların təxliyəsinin təşkili üçün “taliblər”lə "taktiki, praktik səviyyədə" işləyir.
Daha əvvəl BBC Birləşmiş Krallığın Müdafiə Nazirliyinə istinadən Britaniyanın öz vətəndaşlarının Kabildən təxliyyə prosesində təhlükəsizliyin təmin olunması üçün Əfqanıstana 200 hərbi qulluqçu göndərəcəyi barədə məlumat yayıb. Beləliklə, Kabil aeroportunda Britaniyanın təxminən 900 hərbi qulluqçusu patrul xidməti həyata keçirəcək.
Xəbəri paylaş