
RegionTV.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ABŞ və Fransa dövlət başçıları Əfqanıstanda yaranmış vəziyyəti, o cümlədən Kabil aeroportundan ölkələrin vətəndaşlarının təxliyəsi prosesini müzakirə ediblər.
"Onlar Əfqanıstan üzrə müttəfiqlər və demokratik tərəfdaşlar arasında sıx koordinasiyanın, həmçinin humanitar yardım və qaçqınlara dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğuladılar", - xəbərdə deyilir.
Dövlət rəhbərləri həmçinin gələn həftə “Böyük yeddilər”in Əfqanıstan üzrə virtual sammitinin keçirilməsi planını alqışlayıblar.