ABŞ prezidenti Cozef Bayden ümid edir ki, Amerika hərbçiləri Birləşmiş Ştatlar vətəndaşlarının Əfqanıstandan təxliyəsini planlaşdırıldığı kimi avqustun 31-dək qurtara biləcəklər.
RegionTV.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan CBS televiziya şirkətinin efirində bildirib.
ABŞ rəsmisi qeyd edib ki, prezident Əfqanıstanı tərk etmək istəyən hər bir amerikalının həmin ölkədən çıxarılmasının təmin edilməsinə sadiqdir.
“O, hesab edir ki, biz bunu 31 avqusta qədər əldə edə bilərik", - deyə Ceyk Sallivan Amerika liderinin Əfqanıstanda qalma müddətini uzatmağa meylli olub-olmaması barədə suala cavabında bildirib.
Xəbəri paylaş