Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

BMT-nin azərbaycanlı rəsmisi: “Taliblər” Əfqanıstanda qalmağı xahiş etdilər”

“Taliblər” BMT-yə dəstək ifadə ediblər və təşkilatın nümayəndələrinə ölkədə qalmağı, humanitar fəaliyyəti davam etdirməyi xahiş ediblər.

RegionTV.info  xəbər verir ki, bu barədə “RİA Novosti”yə BMT-nin Əfqanıstanda humanitar məsələlər üzrə koordinatoru, milliyyətcə azərbaycanlı Ramiz Ələkbərov bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda BMT-nin humanitar ofisi və "Taliban" arasında praktik qarşılıqlı əlaqə 18 ildir davam edir. "Bu vaxt ərzində daim onlarla işləyirdik. Bizim humanitar fəaliyyətin reallaşdırması üzrə qurulmuş münasibətlərimiz var", - Ramiz Ələkbərov deyib.

Onun sözlərinə görə, son günlər BMT ofisi ilə “taliblər” arasında "hansısa yeni razılaşmalar" olmayıb.

"Bizim işçi əlaqələrimiz var. Onlar həmişə bizə dəstək verduikərinə inandırırlar. Onlar yenə bizə dəstək ifadə etdilər və bizə burada qalmağa və humanitar yardımı davam etdirməyi xahiş etdilər", - Ramiz Ələkbərov qeyd edib.

Bu halda o əlavə edib ki, dəyişən vəziyyət şəraitində "təbii ki qarşılıqlı əlaqələrdə hansısa dəqiqləşdirmələr ediləcək, detallar işləniləcək". "Ancaq hələ üzərində işlədiyimiz müqavilələrə yeni əlavələr yoxdur", - o deyib.

“Taliban”la qarşılıqlı əlaqənin hansı aspektlərinin müzakirə edilməsinin planlaşdırılmasına dair sualı cavablandıran koordinator deyib: "Bu, ilk növbədə humanitar şəraitdə çalışan qadınların iş yerlərinə çıxışını təmin etmək məsələsidir", - əlavə edib.

Ramiz Ələkbərovun sözlərinə görə, qadınlar bəzi yerlərdə bu cür maneələrlə qarşılaşırlar, ancaq "hər şey kimin hansı rayonda komandir olmasından asılıdır". "Biz hələlik mərkəzləşdirilmiş təlimatlar görmədik", - Ələkbarov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin məzunu olmuş Ramiz Ələkbərov ABŞ-da da ali təhsil alıb. O, ingilis, fransız, rus dillərində sərbəst danışır, səhiyyə, humanitar məsələlər sahələrində 30-dan çox məqalənin müəllifidir.

BMT-də uzun müddətli iş təcrübəsinə malik olan R.Ələkbərov Yaxın Şərq, Afrika, Mərkəzi Asiya və Karib hövzəsi sahələri, həmçinin davamlı inkişaf, humanitar və sülh missiyaları üzrə çalışıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də