“Artıq DSK-ların tərkibində dəyişiklik olunmasının vaxtı çatıb. Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndələri geniş iş aparıb”.
RegionTV.info-nun xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini, Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndəsi Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün ən ümdə məsələlərdən biri də üzvlərin peşəkarlığıdır:
“Bu məsələ həmişə diqqət mərkəzində saxlanılıb. MSK-da Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) 6 nümayəndəsi tərəfindən təqdimat imzalanıb. Tədqim edilən siyahıda 375 namizədin məlumatları var”.
Sonra siyahı səsverməyə çıxarılaraq qəbul edilib.
Xəbəri paylaş