Azərbaycanda müəllim koronavirusun qurbanı olub.
RegionTV.info xəbər verir ki, bir neçə gün öncə koronavirusa yoluxan Şəbnəm Qurbanova bu gün dünyasını dəyişib.
İngilis dili müəllimi olan 23 yaşlı Qurbanova 2 gün öncə koronavirusa yoluxması haqda sosial şəbəkədə paylaşım edib:
"Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib".
Xəbəri paylaş