
RegionTV.info xəbər verir ki, bu barədə yerli “Garowe Online” xəbər portalı məlumat yayıb.
Məlumata görə, terrorçular hökumət qüvvələri ilə şiddətli döyüşlərdən sonra avqustun 18-i şəhərə daxil olublar. Rayon administrasiya rəhbərinin qətlə yetirildiyi bildirilir. Portal onu da qeyd edib ki, Balidhidin şəhəri “İslam Dövləti”nin nəzarəti altına düşən ilk Somali şəhəridir.