İsveçdə koronavirus infeksiyasının “Delta” ştammının yeni mutasiyası yayılıb.
RegionTV.info xəbər verir ki, “SVT Nyheter” nəşrinin bildirdiyinə görə, azı səkkiz nəfər yeni mutasiyaya yoluxub.
Onların hamısı Portuqaliyadan və İspaniyadan qayıdanlardır.
İsveçli mütəxəssislər yeni mutasiyanın nə qədər yoluxucu olması barədə məlumata sahib deyillər.
Qeyd edək ki, xəstələr arasında COVID-19 peyvəndinin hər iki dozasını vurduran şəxslər də var.
Xəbəri paylaş