Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Liman şəhər sakini H.Novruzov saxlanılıb. Onun yaşadığı evin yaxınlığındakı torpaq sahəsində böyürtkən kollarının arasında əkərək kultivasiya yolu ilə yetişdirdiyi 2-3 metr hündürlüyündə, ümumi çəkisi 22 kiloqram olan 89 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş