Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakının bu küçələrində yol hərəkət təhlükəsizliyi artırılıb - VİDEO

Bakının Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində yol hərəkət təhlükəsizliyi artırılıb.

RegionTV.info  xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha öncədən aparılan araşdırmalar zamanı Sabunçu rayonu Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində qeyd olunan nəqliyyat problemləri aşkar edilib:

- kəsişmədə hərəkətin svetoforlar vasitəsilə tənzimlənməməsi nəticəsində axınlar arasında mübahisəli nöqtələrin mövcudluğu;

- kəsişmənin hərəkəti buraxma qabiliyyətinin aşağı, nəqliyyat intensivliyinin isə yüksək olması səbəbindən tıxac və sıxlıq hallarının yaranması;

- piyada infrastrukturunun olmaması.

Həyata keçirilmiş dəyişikliklər nəticəsində Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində svetofor obyektləri quraşdırılıb, eyni zamanda Nazim İsmayılov və Yavər Əliyev küçələrinin kəsişməsindəki svetofor obyektləri ləğv edilib.

Qeyd edilib ki, Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilib və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb, tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb, təşkil edilmiş nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların, xüsusilə yaxınlıqdakı avtobus dayanacaq məntəqələrindən və Bakıxanov Dəmir Yol Stansiyasından istifadə edən piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.

Xatırladaq ki, svetoforun fəaliyyətinin təkmilləşdirilməsi üzərində mütəxəssisər tərəfindən işlər aparılır və svetofor hazırda test rejimində fəaliyyət göstərir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də