
RegionTV.info xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilir ki, bununla əlaqədar yaradılan əməliyyat qrupu qeyd edilən ünvanda məhkəmənin qərarına əsasən axtarış həyata keçirib. Axtarış zamanı evin mətbəxində Azərbaycana məxsus aksiz markası ilə markalanmamış müxtəlif adda cəmi 128 300 ədəd siqaret aşkar olunub.
Adı çəkilən şəxslə sorğu-sual zamanı o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə də aksiz markasız siqaretlərin olduğunu bildirib. Daha sonra həmin mənzildən müxtəlif adda cəmi 63 800 ədəd siqaret aşkar edilərək götürülüb.