Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ƏƏSMN: "469 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulan və bununla şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstəyini ifadə edən işəgötürənlərin sayı artmaqdadır.

RegionTV.info  xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, marafonda iştirak edən işəgötürənlərin sayı artıq 413-ə çatıb. 202-si dövlət, 211-i özəl müəssisələr olan həmin işəgötürənlər tərəfindən marafona 1854 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə artıq 469 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 369-u qazi, 100-ü şəhid ailəsi üzvləridir.

Hazırda vakansiyalar üzrə həmin kateqoriyalardan olan vətəndaşlara göndərişlərin verilməsi prosesi davam edir.

Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də