Türkmənistan Əfqanıstandan xarici ölkə vətəndaşlarının evakuasiyası üçün hava məkanından istifadəyə icazə verib.
RegionTV.info xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Türkmənistan beynəlxalq öhdəliklərini yerinə yetirir və beynəlxalq humanitar hüququn norma və tələblərinə uyğun şəkildə xarici ölkə vətəndaşlarının təxliyəsi üçün ölkənin hava məkanından istifadəsini təmin edir.
Xəbəri paylaş