Ermənistanda hərbi hissələrin birindən 3 hərbçinin meyiti tapılıb
Tarix: 19-08-2021, 10:48Xəbərə baxış: 114
Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birində üç hərbi qulluqçunun meyiti aşkarlanıb.
RegionTV.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, 2002-ci il təvəllüdlü - Murad Muradyan, Levon Arutyunyan və Qor Sarkisyanın cəsədi aşkarlanıb. Hadisənin səbəbləri araşdırılır.