Əməkdar artist Xumar Qədimova uzun müddətdən sonra pərəstişkarlarını sevindirib.
RegionTV.info xəbər verir ki, sənətçi bacısı Matanla “Heç bir şey söyləmə” adlı mahnını duet formasında oxuyaraq musiqisevərlərə təqdim edib.
Yeni kompozisiya Xumarın “Əqrəb” albomunda yer alır.
“Matan bir bacının ötəsində olan varlıqdır. İllərdir mənim üçün əzmi, əməyi, fədakarlığı ilə yanaşı gözəl səsi ilə də sənətimi bəzədi”, - deyən əməkdar artist bacısı Matanla yeni duetini təqdim edib.
“Heç bir şey söyləmə” Xumar Qədimovanın şəxsi “Youtube” kanalına yerləşdirilib.
[media=https://youtu.be/D_2XafZWc6g]
Xəbəri paylaş