Əfqanıstan Prezidenti Əşrəf Qəninin ölkədən qaçarkən külli miqdarda pul aparması təsdiqlənib.
RegionTV.info xəbər verir ki, bu iddia ilə Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zəhir Əkbər çıxış edib.
Onun sözlərinə görə, Əfqanıstandan qaçan prezident Əşrəf Qəni xəzinədən 169 milyon dollar oğurlayıb.
Səfir Ə. Qəninin qaçmasını və pulları oğrulamasını dövlətə və millətə xəyanət adlandırıb:
"Ölkə konstitusiyasına uyğun olaraq, prezidentin olmaması, qaçması və ya ölümü halında birinci müavin vəzifələrini yerinə yetirəcək. Buna görə, indi Əmrullah Saleh dövlət başçısıdır".
Xəbəri paylaş