
RegionTV.info xəbər verir ki, bunu ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Dövlət Departamentində keçirdiyi brifinqdə deyib.
“Son bir neçə gün ərzində Kabildəki Amerika diplomatları Əfqanıstandan təxliyə edilmək istəyən 5 minə yaxın müraciətə baxıblar. Eyni zamanda, Birləşmiş Ştatlar “Taliban”dan bütün Amerika vətəndaşlarına, üçüncü ölkə vətəndaşlarına və ölkəni tərk etmək istəyən bütün əfqanlara təhlükəsiz və cəzasız icazə vermələrini gözləyir” - o qeyd edib.