
RegionTV.info xəbər verir ki, bunu iqtisadçı ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərli yazıb. O bildirib ki, Agentliyin fəaliyyəti ilə bağlı ciddi suallar var: “Əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin.
İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb – müqavilənin dəyəri 1 mln. 176 min manatdır. Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada”.
Ekspertin sözlərinə görə, həmin obyektin sahibi gənc bir insandır: “Orxan Feyziyev. Ola bilər ki, çox bacarıqlı, təhsilli gəncdir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur. Bu da Azərbaycan fenomenidir – bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderləri udurlar, bu “sirri” İskoç Bilim Adamları da çözə bilməz”.
FacebookTwitterEmailShare