18 yaşlı qız evdə anası və qardaşı tərəfindən zorakılığa məruz qalıb.
RegionTV.info xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, qızın əl-qolunu bağlayaraq bıçağı qızdırıb bədəninə basıblar:
“Uşaqlıqdan bu işgəncələrə birtəhər dözən qız sonda evdən çıxa bilərək polisə müraciət edib. Hazırda xanım sığınacaqdadır və verilən işgəncə ilə bağlı artıq cinayət işi başlanılıb”.
Qıza tətbiq olunan şiddətin fotolarını təqdim edirik:
QALEREYA
Xəbəri paylaş