Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DİN bazarlarda vətəndaşlardan COVİD-19 pasportu tələb olunması xəbərlərinə münasibət bildirib

Bakıda bazarlara gedən vətəndaşlardan COVİD-19 pasportu tələb olunmasına dair iddialar yayılıb.

RegionTV.info  xəbər verir ki, yayılan iddialara görə, “Sədərək” Ticarət Mərkəzi və "8-ci km bazarı" kimi tanınan bazarda polis əməkdaşları bazara daxil olan şəxslərin vaksinasiya olunub-olunmadığını yoxlayıblar.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Report"a açıqlamsında iddianın həqiqətə uyğun olmadığını bildirib:

“Əhalinin sıx olduğu bazarlarda vətəndaşlardan COVİD-19 pasportu tələb olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Vətəndaşlar sözügedən yerlərdə sosial məsafəyə əməl edərək və tibbi maskalardan istifadə etmək şərti ilə hərəkət edə bilərlər.

Bu normanın qorunması ilə bağlı xidmətə cəlb olunan polis naryadları tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də