Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hacı Surxay: “Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır”

“Məhərrəm ayında toy etmək icazəli deyil. Bu, şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir”.

RegionTV.info  xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məhərrəm ayında toy keçirilməsi mövzusu ilə bağlı Yenisabah.az-a danışarkən bildirib. O, Məhərrəm ayında sevinməyin belə haram olduğunu deyib.

Hacı Surxayın sözlərinə görə, Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etmək də o qədər icazəli deyil: “Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkişafı üçün onları evləndirib, xeyir-dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu, bizim inancımızdır, heç vaxt unutmamalıyıq.

Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə səadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu, mənim subyektiv fikrimdir.

İslam fəlsəfəsində bir məsələ qeyd olunur. Dünyada tam xoşbəxt və tam bədbəxt insan yoxdur. İnsanlar həyatda elə iş qurmalıdırlar ki, gələcəkdə ailələrinin, balalarının xoşbəxtliyini sual altında qoymasınlar”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də