Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vətəndaşların NƏZƏRİNƏ: Avtomobil alarkən aldana bilərsiniz - VİDEO

Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı videomüraciət yayıb.

RegionTV.info  xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, ictimaiyyətə təqdim olunan videomüraciətdə bildirilir ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdədir.

Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun olaraq notarial qaydada etsinlər.

Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan üçüncü şəxslərə hər hansı ödəniş etməməklə bağlı məlumat verilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yol verilməzdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də