
RegionTV.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.
Yeraltı təkan Rixter şkalası ilə 6,8 balla qiymətləndirilib. Bildirilib ki, zəlzələnin ocağı Port-Orlidən 16 kilometr şimal-qərbdə, yerin 91 kilometr dərinliyində yerləşib. Fəsadlarla bağlı məlumat verilməyib.
Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.