Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Əfqanıstanda yaşayan etnik qruplardan biri olan hezarilərin (xəzərilər) lideri Abdul Əli Məzarinin abidəsinə qarşı vandalizm aktı törədiblər.
RegionTV.info xəbər verir ki, “Taliban” qruplaşmasının nümayəndələri Bamian şəhərində yerləşən abidəni partladıblar.
Qeyd edək ki, A.Ə.Məzari 1990-cı illərdəki vətəndaş müharibəsi zamanı “Taliban”a qarşı döyüşüb.
Xəbəri paylaş