Aparıcı-jurnalist Tahirə Məmmədqızının səhhətində yenidən problemlər yaranıb.
RegionTV.info xəbər verir ki, qəfildən səhhəti pisləşən aparıcı təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bu haqda Tahirə sosial şəbəkədə məlumat verib. Milli Onkologiya Mərkəzinə yerləşdirilən Məmmədqızı “Instagram” hesabında xəstəxanadan fotolarını yayımlayaraq əməliyyat olunacağını bildirib.
Xatırladaq ki, Tahirə Məmmədqızı 2019-cu ildə xərçəngə tutulub. Bədənində 7 şiş aşkarlanan aparıcı ağır əməliyyat keçirib.
QALEREYA
Xəbəri paylaş