
RegionTV.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat açıqlayıb.
Son 7 gün ərzində qeydə alınmış yoluxma səviyyəsi əvvəlki həftə ilə müqayisədə 2 % çoxdur, ölüm səviyyəsi isə demək olar ki, eyni səviyyədə qalıb.
Pandemiya baş qaldırandan indiyədək 206 714 291 nəfər koronavirusa yoluxub. Onlardan 4 353 434 nəfəri dünyasını dəyişib.
Məlumata görə, son həftə ərzində yoluxma hallarının sayına görə ilk 3-lüyü ABŞ (883 996), İran (269 975) və Hindistan (258 121) tutur.