Türkiyənin vitse-prezidenti Fuad Oqtay Əfqanıstandakı son vəziyyəti dəyərləndirib.
RegionTV.info xəbər verir ki, o, Əfqanıstanda baş verənləri humanitar faciə adlandırıb.
“Əfqanıstanda yaşanan humanitar faciəni mənbəyində həll etmək yolunda iradəmizi qoruyuruq. Sərhədlərimizdə də ehtimal edilən qaçqın axınlarına qarşı bütün lazımi tədbirləri görürük. Əfqanıstanın sabitliyə qovuşması üçün dövlət başçımızın liderliyi ilə üzərimizə düşəni etməyə davam edirik”, - F.Oqtay bildirib.
Xəbəri paylaş