ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxmasından sonra bölgədə “güc boşluğu” yaranıb.
RegionTV.info xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu boşluğu Çin, Rusiya və Pakistan dolduracaq. Analitiklər Çinin Rusiya və Pakistanla yaxın münasibətlərinə diqqət çəkərək, bu ölkələrin Əfqanıstanda birgə fəaliyyət göstərə biləcəyini istisna etmir. Bildirilir ki, Pekin yaxın günlərdə “Taliban” hakimiyyətini rəsmən tanıyacaq. Rusiya Əfqanıstandakı hadisələr barədə təmkinli açıqlamalar verir.
Xəbəri paylaş