Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zərdabda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi müəyyən edilib

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Nazim Həsənovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Həmin şəxs rayon ərazisində aşkarlanıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar N.Həsənov barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də