
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən rayon sakini Asim Mircəfərov saxlanılıb.
Saxlanılarkən həmin şəxsin üzərinə baxış keçirilən zaman psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı istintaq aparılır.