"Onların şəhid ailələrini ziyarət etməsi bizim üçün çox böyük təsəllidir"
“Biz şəhid ailələrinə baş çəkdikləri üçün hörmətli millət vəkillərimizə təşəkkürümüzü bildiririk”
Bunu açıqlamasında Tovuz döyüşlərində şəhid olan baş leytenant Rəşad Mahmudovun dayısı Fərhad Hüseynov deyib. O, millət vəkillərinin şəhidin anası Sevda xanımla söhbət etdiyini və qayğılarıyla maraqlandığını bildirib:
“Bir gün öncə hörmətli millət vəkillərimiz bizim evdə qonaq oldular. Onlar şəhidimizin anası Sevda xanımla bir saata yaxın söhbət etdilər. Rəşadın Tovuzda göstərdiyi qəhrəmanlıqlardan danışdılar. Bildirdilər ki, daim bizi diqqət saxlayacaqlar. Biz şəhid ailələrinə baş çəkdikləri üçün hörmətli millət vəkillərimizə təşəkkürümüzü bildiririk. Onların bizi ziyarət etməsi bizim üçün çox böyük təsəllidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, Rəşad Mahmudov 29 yaşı var idi. Bir qardaşı illər öncə dünyasını dəyişib. Anasının tək ümidi Rəşad idi və o, evini tikib ailə qurmaq istəyirdi. Avqustun 1-də isə millət vəkili Qənirə Paşayeva və Məşhur Məmmədov şəhidin ailəsinə baş çəkib.