
RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstan XİN başçısının müavini Aleksandr Xvtisiaşvili məlumat verib.
Bildirilib ki, Gürcüstanın Macarıstan tərəfi ilə razılığına əsasən, Əfqanıstandakı ABŞ şirkətlərindən birində müqavilə ilə işləyən 6 Gürcüstan vətəndaşı Macarıstana məxsus təyyarə ilə Tbilisi şəhərinə gətirilib.
“Hazırda Əfqanıstanda 16 Gürcüstan vətəndaşı qalıb, onların ölkəyə qayıtması üçün fəal şəkildə çalışırıq”, - nazir müavini əlavə edib.
O qeyd edib ki, Gürcüstan Əfqanıstandan qaçqın qəbul etməyə hazırlaşmır və bu məsələ müzakirə edilmir.