
RegionTV.info xəbər verir ki, belə bir iddia ilə ABŞ-ın Müdafiə Nazirliyi çıxış edib.
"Taliban" Əfqanıstanda "Əl-Qaidə"yə sığınacaq verərək, terror qruplaşması ilə əlaqə saxlamağa davam edib", - Pentaqonun Konqresə sonuncu rübə dair hesabatında deyilir.
Daha əvvəl "Taliban" hərəkatının nümayəndəsi Süheyl Şahin bildirib ki, “taliblər” "Əl-Qaidə"yə və başqa terror qruplaşmalarına Əfqanıstanın ərazisində fəaliyyət göstərməyə imkan verməyəcəklər.
Hesabatda həmçinin qeyd edilir ki, "İŞİD-Xorasan" son aylar Əfqanıstan hökumətini gözdən salmaq məqsədilə haimiyyətin ölkənin təhlükəsizliyi təmin edə bilmədiyini nümayiş etdirmək üçün infrastruktura hücumlar həyata keçirib.