Böyük Britaniya hökuməti Əfqanıstandan krallığa 20 min qaçqının köçürülməsini nəzərdə tutan proqramı razılaşdırıb.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin başçısı Priti Patel bildirib. O, Avropa Birliyini və başqa ölkələri də həmçinin Britaniya nümunəsindən istifadə etməyə çağırıb.
"Bizim yeni proqram Əfqanıstandan qaçmağa məcbur olmuş 20 minə yaxın insanı qəbul etməyə imkan verəcək. Birinci 5 min nəfər il ərzində gələcək", - nazir qeyd edib. O, vurğulayıb ki, Böyük Britaniya tək hərəkət edə bilmir və “Taliban” radikal hərəkatın nümayəndələrinin Əfqanıstanda hakimiyyətə qayıdışından sonra başqa Qərb dövlətləri ilə bu ölkənin əhalisinə yardım göstərmək ehtiyacını müzakirə edir.
Nazir həmçinin xatırladıb ki, Böyük Britaniya daha əvvəl də Suriyadan təxminən 20 min qaçqın qəbul etmək üçün buna oxşar proqramı həyata keçirib.
Xəbəri paylaş