Birjada benzinin qiyməti ucuzlaşmağa davam edir. Belə ki, "Aİ-92" benzinin bir tonunun qiyməti 0,8% azalaraq 57,4 min rubla enib.
RegionTV.info xəbər verir ki, "Aİ-95" benzinin bir tonunun qiyməti 0,4% ucuzlaşaraq 59,7 min rubla enib. Eyni zamanda, dizel yanacağının bir tonunun qiyməti isə 0,1% artaraq 50,83 min rubla çatıb.
Birjada maye qazın qiyməti də 2% ucuzlaşıb.
Xəbəri paylaş