RegionTV.info
Xankəndidə yaşayan ermənilərin əksəriyyəti evlərini satıb, şəhəri tərk edirlər. Çoxları Ermənistana geri dönür. Səbəb kimi isə Rusiya sülhməramlılarının Qarabağı gec-tez tərk edəcəkləri göstərilir.
BAKU.TV-nin əməkdaşı Sevak adlı erməni ilə əlaqə saxlayaraq məlumatların həqiqət olub-olmadığını dəqiqləşdirməyə çalışıb.
Sevak Xankəndidə Alek Manukyan küçəsində üçotaqlı mənzilini satışa çıxarıb. Qiymət isə 60 min dollardır. Elanda bildirilir ki, mənzil əşyaları ilə birlikdə satılır.
Elanlara yerləşdirilən təmirli mənzillərin şəhərin mərkəzində yerləşməsinə, həmçinin qiymətdə kifayət qədər endirim edilməsinə baxmayaraq, onlara alıcı tapılmır. Məsələn, elə əlaqə saxlanılan Sevak artıq bir neçə aydır ki, mənzilini satışa çıxarıb, lakin alan yoxdur.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Xəbəri paylaş