"Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlılarının ümumi vəziyyəti sabitdir".
RegionTV.info xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, sülhməramlılarımız hazırda onlar üçün müəyyən olunmuş sektorda mühafizə və müdafiə tapşırıqlarını yerinə yetirir:
"Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir".
Xəbəri paylaş