Hüquq müdafiəçisi Oqtay Gülaliyev xəstəxanadan evə buraxılıb.
RegionTV.info xəbər verir ki, bu barədə onun oğlu Əli Gülaliyev "facebook" hesabında yazıb.
O bildirib ki, hüquq müdafiəçisi artıq həyatı təhlükəni arxada qoyub:
"Durumu müsbətə doğru irəliləyir. Dünən axşam evə köçürülüb. Müalicəsi ev şəraitində davam etdirilir".
Xəbəri paylaş