
RegionTV.info xəbər verir ki, qəzaya uğrayan təyyarənin komandiri əməkdar pilot, Rusiya Qəhrəmanı Nikolay Kuimov olub.
Məlumatda həmçinin göyərtədəki bütün ekipaj üzvlərinin öldüyü qeyd olunub.
13:07
Rusiyanın Moskva vilayətində "İL-112V" markalı hərbi-nəqliyyat təyyarəsi təlim zamanı qəzaya uğrayıb.
RegionTV.info xəbər verir ki, bu barədə "Rostex" dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı göyərtədə 3 nəfər olub.
"Onların taleyi dəqiqləşdirilir", - məlumatda qeyd olunub.
Qəzanın səbəbləri araşdırılır.