Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prokurorluq vəkilə təzyiq göstərilməsi barədə məlumatla bağlı açıqlama verib

Bəzi kütləvi informasiya vasitələrində Şirvan Apellyasiya Məhkəməsində keçirilən proses zamanı vəkil Coşqun İsgəndərova zalda olan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə məlumatlar yayılıb.

RegionTV.info  xəbər verir ki, Şirvan Şəhər Prokurorluğu tərəfindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda şəhər prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması ilə qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də