Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi avtokran, özüboşaldan, yəhərli dartıcı, yarımqoşqu və üç oxlu avtobusların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
RegionTV.info vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Gəncə Avtomobil Zavodu" İB-dir.
Bu müqavilənin dəyəri 2 milyon 090,4 min manat təşkil edir.
Xəbəri paylaş