
RegionTV.info xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şirak vilayətinin Bavra kəndindən 13 kilometr şimal-şərqdə yeraltı təkan qeydə alınıb.
Ocağı yerin 10 kilometr dərinliyində yerləşən zəlzələ Rixter şkalası ilə 4 balla qiymətləndirilib. Qonşu vilayətlərdə yeraltı təkanın 2-3 balla müşahidə olunduğu bildirilib.