RegionTV.info
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva avqustun 16-da Kəlbəcər və Laçın rayonlarında səfərdə olublar.
Dövlətimizin başçısı və Birinci vitse-prezident Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar.
Daha sonra 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.
Səfər çərçivəsində dövlətimizin başçısı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.
Prezident İlham Əliyev həmçinin Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib. Daha sonra dövlət başçısı Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Kəlbəcərə səfəri Prezident İlham Əliyev zamanı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.
Xəbəri paylaş