Son günlərdəki artım onu deməyə əsas verir ki, Azərbaycanda koronavirusun alovlanma dövrü başlayıb.
RegionTV.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, artıq bir həftədən çoxdur ölkəmizdə koronavirusa yoluxma hallarında sürətli mənfi dinamika müşahidə olunur. Bu isə artm sayının 10 dəfə çox olması deməkdir.
Baş infeksionist bildirib ki, yoluxanlar daha çox peyvənd olunmayan şəxslərdir.
"Hər kəs vaksinin effektivliyini bilməli və vaksinasiya prosesində iştirak etməlidir. İnsanlar arxayınlaşmamalı, təmas hallarını minumuma endirməli və sanitar gigiyenik tədbirlərə əməl etməlidir",- deyə baş infeksionist qeyd edib.
Xəbəri paylaş