Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Pentaqon: “Taliblər” Kabildə ABŞ qoşunlarına hücum etmir”

Əfqanıstanın radikal "Taliban" hərəkatı Amerika qoşunlarına və Kabil aeroportunda onlar tərəfindən təxliyyə edilən mülki personala hücum cəhdlərinə təşəbbüs etmir.

RegionTV.info  xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

"Sizinlə söhbətimiz zamanı nə əməliyyata, nə də hava limanında insanlarımıza hücum qeydə alınmadı", - Kirbi jurnalistlərə deyib.

O, əlavə edib ki, Qətərdə “taliblər”in liderləri ilə görüşdə Amerika hərbçiləri onlara radikallar tərəfindən istənilən təcavüzkar hərəkətə güc yolu ilə cavab veriləcəyini başa salıblar.

Pentaqonun nümayəndələri bildiriblər ki, aeroportda bir neçə atışma hadisəsi olub, amma bu insidentlərdə "Talibanı"ı ittiham etmirlər. Qeyd edək ki, hadisə zamanı bir Amerika hərbçisi yüngül xəsarət alıb. O, artıq xidmətə qayıdıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də