Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında baş vermiş yanğın söndürülüb.
RegionTV.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd edilir ki, yanğın saat 02:30-da başlayıb. Hadisə yerinə FHN-in dörd yanğınsöndürmə maşını cəlb edilib və yanğın saat 02:43-də söndürülüb. Hadisə nəticəsində 70 kvadratmetr metr ərazidə taxtalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
03:04
Bakıda yanğın hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Xəbəri paylaş